26 
Apr
2024
20:08
242
95
2318
Virtual karabakh

İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO + ANBAAN VİDEO

26 Apr, 2024
20:08
2318

İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO + ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir avtomobil qəzasına düşüb.

Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb. Ben-Qvir yüngül-orta ağır vəziyyətdə “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə şahidinin sözlərinə görə, nazirin avtomobili işıqforun qırmızı işığında keçərkən yaşıl işıqda keçən avtomobillə toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Israelinfo.co.il

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri