25 
Apr
2024
19:08
71
34
731
yuxarı
Niderlandda antisemitlərə qeyri-adi cəza veriləcək
25 Apr, 2024
19:08
731
71
34
Niderlandda antisemitlərə qeyri-adi cəza veriləcək
Niderlandda antisemitizm cinayətləri törətmiş şəxslər Milli Holokost Muzeyi və ya keçmiş konsentrasiya düşərgəsinə məcburi səfərlərə məhkum edilə bilərlər.
Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (PPSD) və Demokratlar-66 (D-66) partiyalarından olan deputatlar müvafiq təşəbbüslə çıxış ediblər.
Məlumata görə, Niderlandda antisemitizm hadisələri İsrailin Qəzza zolağına hücumundan sonra xeyli artıb. Ötən il polisə 880 belə məlumat daxil olub ki, bu da əvvəlki illə müqayisədə 300 hadisə daha çoxdur.
Hazırda məhkəmə adətən antisemitizmdə günahkar olanları ictimai işlərə məhkum edir.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək