25 
Apr
2024
19:24
216
7
527
Virtual karabakh

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

25 Apr, 2024
19:24
527

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.

“Ölkənin yeddi vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, həbslərin əksəriyyəti - 10-u Suriya ilə həmsərhəd Hatay vilayətində həyata keçirilib.

Qeyd edək ki, 2023-cü il iyunun 1-dən 2024-cü il aprelin 22-dək Türkiyədə İŞİD-ə qarşı 1 422 əməliyyat keçirilib, 2 991 nəfər saxlanılıb, onlardan 718-i terror fəaliyyətinə görə həbs edilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri