24 
Apr
2024
11:32
46
5
1443
Virtual karabakh

“Yuventus” İtaliya Kubokunda yeni rekorda imza atıb

24 Apr, 2024
11:32
1443

“Yuventus” İtaliya Kubokunda yeni rekorda imza atıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən, aprelin 23-də “Yuventus” İtaliya Kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda finala yüksəlib (3:2). Həlledici görüşdə Massimiliano Alleqrinin komandası “Fiorentina” - “Atalanta” cütünün qalibi ilə qarşılaşacaq.

Beləliklə, “Yuventus” 22-ci dəfə turnirin finalına yüksəlib - bu, çempionatda bütün komandalar arasında ən yaxşı nəticədir. “Roma” 16 finalla ikinci yeri tutur.

Turin klubu 14 dəfə İtaliya Kubokunun qalibi olub.

Qeyd edək ki, 2023/24 mövsümünün İtaliya Kubokunun finalı mayın 15-də Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

Çempionatda isə 33 turdan sonra “Yuventus” 64 xalla üçüncü pillədə qərarlaşıb. Onu erkən çempion olan “İnter” (86 xal) və “Milan” (69 xal) qabaqlayır.

Mənbə: championat

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri