23 
Apr
2024
19:08
15
38
1428
Virtual karabakh

“Google”un hələ təqdim edilməmiş smartfonu satışa çıxarılıb - VİDEO

23 Apr, 2024
19:08
1428

“Google”un hələ təqdim edilməmiş smartfonu satışa çıxarılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google”un hələ təqdim edilməmiş “Pixel 8a” subflaqman smartfonu Mərakeş mağazalarında satışa çıxarılıb.

Smartfonun tam təqdimatı yalnız mayın 14-də keçiriləcək “Google I/O 2024” konfransında baş tutacaq. Bununla belə, “Pixel 8a” artıq Kasablankada satılır. Onun “8/128 GB” versiyasının qiyməti 4750 Mərakeş dirhəmidir (təxminən 797 manat). Cihazın mavi və yaşıl rəng seçimləri mövcuddur.

Qutuda “Pixel 8a” smartfonundan əlavə enerji toplama kabeli, USB-C-dən USB-A-aya portları olan keçidi və SIM-kart qabını çıxarmaq üçün istifadə edilən sancaq var.

Qeyd olunur ki, “Google Pixel 8a” 1080x2400 piksel ölçülü 6,1 düymlük OLED displeyə və 1400 nit pik parlaqlığa,120 Hz yeniləmə tezliyinə malik olacaq. Cihazın işi “Google”un xüsusi flaqmanı olan “Tensor G3” çipi, həmçinin 8 GB operativ yaddaş və 128 və ya 256 GB yaddaş ilə idarə olunacaq.

Mənbə: “Equal Leaks” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri