24 
Apr
2024
02:48
10
213
1839
Virtual karabakh

Rusiyada satanist məktəbli oğlan iki qızı bıçaqladı - FOTO

24 Apr, 2024
02:48
1839

Rusiyada satanist məktəbli oğlan iki qızı bıçaqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb.

Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisində qızın rəfiqəsi, yerli kollecdə oxuyan 17 yaşlı Lena (ad dəyişdirilib) və 15 yaşlı Yeqor (ad dəyişdirilib) iştirak ediblər.

Bir müddət sonra Yeqorla qızlar arasında mübahisə yaranıb. Yeqor bıçağı götürərək qızlara hücum edib, boyun, döş qəfəsi və qarın nahiyəsinə zərbələr endirib. Qızlar çoxsaylı yara ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yeqor polis tərəfindən saxlanılıb.

Müstəntiqlərin sözlərinə görə, Yeqor qızları öldürməyə cəhd edib. Ona qarşı “öldürməyə cəhd” maddəsi üzrə iş açılıb.

Məlumata görə, xəsarət alan qızlardan biri - Maşa Yeqorun keçmiş sevgilisi olub. Onlar bir neçə gün əvvəl ayrılıblar və Yeqorun dediyinə görə, qız öz rəfiqəsi ilə münasibətə başlayıb. Belə ki, Maşanın qızlardan xoşu gəlirmiş.

Yeqorun yaxınları onun ayrılığı çox çətin keçirdiyini və özündə olmadığını iddia ediblər. Həmçinin onun tanışlarının iddialarına görə, Yeqor məclisdən əvvəl dostlarından birinə qızları öldürməyi, sonra isə intihar etməyi planlaşdırdığını yazıb.

Bundan əlavə, Yeqorun ilin əvvəlində intihara cəhd etdiyi də məlum olub.

Mənbə: “Baza” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri