22 
Apr
2024
23:04
244
30
14938
Virtual karabakh

Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO

22 Apr, 2024
23:04
14938

Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağdan çıxan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistan hökuməti vaxtilə Rusiyanın sülhməramlı birləşmələri Qarabağa gəldikdə onlar üçün müvəqqəti yerləşdirmə məntəqələri ayırıb. İndi Qarabağdan çıxan sülhməramlılar həmin məntəqələrə qayıdıblar. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk edir. Təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Odur ki, hazırda həmin məntəqələrin bağlanması üzrə iş gedir. Sülhməramlıların bir qismi məhz bu məntəqələrin sökülməsi üçün ora qayıdıblar”, - deyə Qriqoryan deyib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri