19 
Apr
2024
11:22
156
66
5412
Virtual karabakh

Rusiyada təyyarə qəzası zamanı katapult edən pilotun cəsədi tapıldı - YENİLƏNİB + VİDEO

19 Apr, 2024
11:22
5412

Rusiyada təyyarə qəzası zamanı katapult edən pilotun cəsədi tapıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Stavropol diyarında qəzaya uğrayan “Tu-22M3” təyyarəsinin ekipaj üzvlərindən birinin cəsədi tapılıb.

Bu barədə Stavropol vilayətinin rəhbəri Vladimir Vladimirov məlumat yayıb.

O əlavə edib ki, hazırda dördüncü ekipaj üzvünün axtarışları davam etdirilir.

Xatırladaq ki, hadisə zamanı katapult edən dörd pilotun ikisi axtarış-xilasetmə qrupu tərəfindən təxliyə edilib və onlar xəstəxanaya yerləşdiriliblər.

09:04

Rusiyanın Stavropol vilayətinin Krasnoqvardeyski rayonu ərazisində təyyarə qəzası baş verib. 

Bu barədə Stavropol vilayətinin rəhbəri Vladimir Vladimirov özünün “Telegram” kanalında məlumat verib.

“Təyyarə tarlaya düşüb, əldə etdiyimiz son məlumata görə, dağıntı və ölüm olmayıb, pilotlar katapult ediblər”, - o bildirib.

V.Vladimirov artıq iki pilotun tapıldığını da əlavə edib:

“Onlar sağdırlar, xəstəxanaya çatdırılıblar”.

Mənbə: Baza

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri