19 
Apr
2024
09:44
347
151
10113
Virtual karabakh

İran bir neçə hava limanına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdı - YENİLƏNİB + VİDEO

19 Apr, 2024
09:44
10113

İran bir neçə hava limanına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin hücumu iddiası ilə İranın bir neçə hava limanına tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılıb.

“Ölkənin bir sıra hava limanlarına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb”, - İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazırlu bildirib.

Qeyd edək ki, İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının yaxınlığında üç güclü partlayış səsi eşidildikdən sonra Tehran, İsfahan və Şiraz üzərindən aviareyslər təxirə salınmışdı.

07:06

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının yaxınlığında üç güclü partlayış səsi eşidilib.

İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub.

ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisindən edildiyini bildirib.

Ölkənin bir sıra əyalətlərində HHM işə düşüb.   

Tehran, İsfahan və Şiraz üzərindən aviareyslər bir müddətə təxirə salınıb.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri