12 
Apr
2024
18:45
16
242
2187
Virtual karabakh

Kianu Rivz çəkiliş zamanı dizini sındırıb - FOTO

12 Apr, 2024
18:45
2187

Kianu Rivz çəkiliş zamanı dizini sındırıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor Kianu Rivz “Uğur” filminin çəkilişləri zamanı xalçada büdrəyib və dizini sındırıb.

Bu barədə layihənin direktoru Əziz Ənsari məlumat verib.

“Çəkilişlərin təxminən 15-ci günü ona dedim ki, get qrim otağında 15 dəqiqə dincəl. O, gedərkən yolda xalçanın üstündə büdrədi və “dizim!”, - deyə qışqırdı”, - Ənsari bildirib.

İş zədəsinə baxmayaraq, Rivz çəkiliş meydançasında qalıb və film üzərində işləməyə davam edib. O, bir neçə səhnədə rol alıb və hətta latın rəqsi oynamağa hazırlaşıb, lakin rejissor sənətçini fikrindən daşındıra bilib.

Rejissorun sözlərinə görə, Kianunun bu cür fədakarlığı onu təəccübləndirməyib, çünki aktyor filmlərində çox vaxt çətin səhnələri özü ifa edib. Məsələn, “Matris” və “Sürət” filmlərində aktyor kaskadyorlar olmadan işləyib.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri