Apr
2024
16:44
62
30
890
Virtual karabakh

Kreml: “Rusiya “Taliban”la dialoq aparır”

2 Apr, 2024
16:44
890

Kreml: “Rusiya “Taliban”la dialoq aparır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kreml Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının terror təşkilatları siyahısından çıxarılması məsələsi ilə bağlı mövqeyini müvafiq məsələni öyrəndikdən sonra açıqlayacaq.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Xarici İşlər Nazirliyinin “Taliban”ın terrorçular siyahısından çıxarılmasının öyrənilməsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

 “Məsələ araşdırılır. Gəlin, işlərin bitməsini gözləyək, sonra mövqe (Kremlin - red.) haqqında danışarıq”.

Peskov “Taliban”la təmasların dəyəri ilə bağlı sualı da cavablandırıb:

“Fakt budur ki, bu, bizim yanımızda olan ölkənin faktorudur. Bu və ya digər şəkildə onlarla ünsiyyət qururuq. Biz aktual məsələləri həll etməliyik. Bu da dialoq tələb edir. Əslində biz hamı kimi onlarla ünsiyyət qururuq. Onlar Əfqanıstanda de-fakto hakimiyyətdirlər”.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri