28 
Mar
2024
14:56
115
31
1941
yuxarı
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
28 Mar, 2024
14:56
1941
115
31
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
Qazaxıstanda Sazdinka çayı məcrasından çıxıb, nəticədə Aktobe şəhərini su basıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Xidmətindən xəbər verilib.
Məlumata görə, avtomobillər, hətta avtobuslar da su altında qalıb.
Daşqının nəticələrinin aradan qaldırılması üçün FHX-nin 1000-ə yaxın əməkdaşı və 200 texnikası, həmçinin Milli Qvardiyanın əməkdaşları da səfərbər ediliblər. Yüzlərlə insan isə təxliyə edilib.
Bundan başqa, daşqın təhlükəsi ilə əlaqədar Kostanay vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Sosial şəbəkələrdə daşqınla bağlı görüntülər yayılıb. Kadrlardan birində yerli sakinin balıq tutduğu görünür.
Mənbə: News.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək