28 
Mar
2024
14:04
253
4
1399
yuxarı
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
28 Mar, 2024
14:04
1399
253
4
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
“Ermənistanda “mühacirətdə olan hökuməti” təmsil edən bütün ofislər bağlanmalıdır, çünki onlar mövcudluğu ilə Ermənistanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar”.
Ermənistan mediasının məlumatına görə, bunu ölkənin baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.
O, qeyd edib ki, Ermənistanda dövlət daxilində dövlət ola bilməz, mühacirətdə hökumət olmur və ola da bilməz.
“Bu avantüristlər Ermənistanda “mühacirət”də olan hökumət yaratmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə birbaşa təhdid yaradır”, - deyə Taron Çaxoyan bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımadığını deyib.
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
28 
Apr
2024
14:24
Okampo və daşnakların Berlindəki uğursuzluğu: Göyə sovrulan pullar - VİDEO
18
54
1268
27 
Apr
2024
18:55
ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib - FOTO/VİDEO
11
122
1634