27 
Mar
2024
19:24
113
16
2573
Virtual karabakh

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb

27 Mar, 2024
19:24
2573

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın “Palmeyras” klubunun və Braziliya millisinin hücumçusu Endrik Felipe milli komandanın tərkibində ilk iki qoluna sərf etdiyi vaxta görə rekorda imza atıb.

Endrik İngiltərə ilə yoldaşlıq görüşündə əvəzedici kimi meydana çıxarkən fərqlənməyi bacarıb. 17 yaşlı braziliyalı 80-ci dəqiqədə qol vurub. Görüş martın 23-də Londonun “Uembli” stadionunda baş tutub və Braziliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Endrik ikinci qolunu İspaniya millisi ilə yoldaşlıq görüşündə vurub. Futbolçu yenidən oyuna ehtiyat oyunçular skamyasında başlasa da, meydana daxil olaraq 50-ci dəqiqədə qol vurub. Görüş martın 26-da Madriddəki “Santyaqo Bernabeu”da baş tutub və heç-heçə ilə yekunlaşıb - 3:3.

Xatırladaq ki, bundan əvvəlki 64 dəqiqəlik rekord braziliyalı Peleyə məxsus olub.

Mənbə: iz.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri