13 
Fev
2024
18:34
17
366
2427
Virtual karabakh

Türkiyədə qızıl mədəni çökdü: Doqquz işçi torpağın altında qaldı - YENİLƏNİB + FOTO/VİDEO

13 Fev, 2024
18:34
2427

Türkiyədə qızıl mədəni çökdü: Doqquz işçi torpağın altında qaldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi baş verib.

Ölkənin daxili işlər naziri Əli Yerlikaya hadisə zamanı mədəndə olan doqquz nəfər əməkdaşla əlaqə saxlamağın mümkün olmadığını bildirib.

Hazırda mədən sahəsində 400 nəfərlik şəxsi heyətin iştirakı ilə axtarış-xilasetmə işləri aparılır.

Mənbə: Haber Global

18:05

Türkiyənin Ərzincan şəhərinin İliç rayonundakı torpaq sürüşməsi baş verən mədəndə fəhlələrin qalması ehtimalı var.

Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) bildirilib.

17:54

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda torpaq sürüşməsi baş verib.

Verilən məlumata görə, hadisə qızıl mədəni ərazisində qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ölən və ya xəsarət alanların olub-olmaması hələ ki məlum deyil.

Rayon valisinin hadisə yerinə getdikdən sonra açıqlama verəcəyi gözlənilir.

Mənbə: ntv.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri