20 
Mar
2023
16:54
252
27
748
Virtual karabakh

Aİ Ukrayna üçün bir milyon artilleriya mərmisi alacaq

20 Mar, 2023
16:54
748

Aİ Ukrayna üçün bir milyon artilleriya mərmisi alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) Ukrayna üçün artilleriya mərmilərinin alınmasına vəsait ayırmaq niyyətindədir.

Bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər verib.

Bloka üzv ölkələr gələn il ərzində bir milyon artilleriya sursatının birgə alınması üçün Avropa Sülh Fondundan bir milyard avro ayrılması ilə bağlı razılığa gəlməyi planlaşdırırlar.

Bundan əlavə, onlar daha bir milyard avronun ayrılmasını dəstəkləyəcəklər. Bu vəsaitlə Aİ-yə üzv dövlətlərin Kiyevə göndərdikləri ehtiyat sursatlarının xərcləri ödənəcək.  

Birgə sifarişlər ya Avropa Müdafiə Agentliyinin rəhbərlik etdiyi satınalma layihəsi, ya da blokun ayrı-ayrı Aİ ölkələri vasitəsilə göndəriləcək.

Hesabatda həmçinin qeyd olunur ki, Ukraynaya növbəti 12 ay ərzində bir milyon mərmi verilməsi ilə bağlı layihəni həftənin sonunda Brüsseldə keçiriləcək görüşdə assosiasiya liderləri də təsdiqləyəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri