Fev
2023
14:24
140
19
1130
Virtual karabakh

Tayvanda Çin ordusuna aid 23 təyyarə və dronların adaya yaxınlaşması qeydə alındı: Raket sistemləri işə düşdü

2 Fev, 2023
14:24
1130

Tayvanda Çin ordusuna aid 23 təyyarə və dronların adaya yaxınlaşması qeydə alındı: Raket sistemləri işə düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son 24 saat ərzində adaya 23 hərbi təyyarə və pilotsuz uçuş aparatı, eləcə də Çin Xalq Azadlıq Ordusuna aid 4 gəmi yaxınlaşıb”.

Bu iddia ilə Tayvan Müdafiə Nazirliyi çıxış edib.

Bu barədə nazirliyin saytında dərc edilmiş məlumatda deyilir.

Məlumata görə, saat 06:00 vəziyyətinə Tayvan ətrafında Çin ordusunun 23 təyyarəsi və 4 gəmisi aşkar edilib. Nazirlik iddia edir ki, Çin Xalq Azadlıq Ordusu SU-30, J-16 və J-11 qırıcıları, Y-8 sualtı qayıq əleyhinə təyyarələr və elektron kəşfiyyat üçün Y-8 modelini yerləşdirib. Tayvan hərbçiləri iddia edirlər ki, adaya, həmçinin BZK-005 pilotsuz uçuş aparatı və KJ-500 havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi də yaxınlaşıb.

Tayvan silahlı qüvvələri Çin təyyarələrini izləmək üçün gəmiləri, hərbi təyyarələri, həmçinin zenit-raket sistemlərini işə salıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri