28 
Yan
2023
19:17
244
14
2640
Virtual karabakh

Petr Pavel Çexiyada keçirilən prezident seçkilərinin qalibi olub - YENİLƏNİB

28 Yan, 2023
19:17
2640

Petr Pavel Çexiyada keçirilən prezident seçkilərinin qalibi olub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbəsini təmin edib.

Bu barədə Çexiya televiziyası şənbə günü səslərin hesablanmasından sonra məlumat verib.

“Peter Pavel Çexiyanın yeni prezidenti seçilib”, - teleproqramın aparıcısı qeyd edib.

Çexiyanın baş naziri Petr Fiala mətbuat konfransında Pavelin ölkədə keçirilən prezident seçkilərində qələbəsini təsdiqləyib.

“Mən Petr Paveli Çexiyanın dördüncü prezidenti seçilməsi münasibətilə təbrik edirəm”, - baş nazir bildirib.

Mənbə: TASS

19:03

Çex Respublikasında prezident seçkilərinin ikinci, yekun turunda səsvermə başa çatıb.

Respublikada 15 minə yaxın seçki məntəqəsi öz işini yekunlaşdırıb. İlkin ehtimallara görə, seçici fəallığının 70%-i keçməsi proqnozlaşdırılır. Səsvermə zamanı hər hansı insident baş verməyib. Seçkilərin nəticələri bu gün gecə saatlarında elan olunacaq.

Yanvarın 13 və 14-də keçirilən birinci turun nəticələrinə görə, istefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel və Çex Respublikasının keçmiş baş naziri Andrey Babiş seçkilərin ikinci turuna çıxıblar.

Seçicilərin 68,2%-nin iştirakı ilə birinci turda ən yaxşı nəticəni 35,4% səs toplayan Pavel əldə edib. Babiş səs verənlərin 34,99%-nin dəstəyini qazanıb.

Davam edən prezident seçkiləri Çexiya tarixində üçüncü birbaşa və ümumi dövlət başçısı seçkisidir. İlk dəfə bu formatda seçkilər 2013-cü ildə keçirilib. Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri