27 
Yan
2023
11:16
450
44
1917
Virtual karabakh

İsrail ordusu HƏMAS-ın yeraltı raket zavodunu bombalayıb - VİDEO

27 Yan, 2023
11:16
1917

İsrail ordusu HƏMAS-ın yeraltı raket zavodunu bombalayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında İsrail ordusu Qəzza sektorunun administrativ idarəetməsini həyata keçirən HƏMAS təşkilatının yeraltı raket zavoduna zərbələr endirib.

Məlumatı İsrailin Müdafiə Ordusu (SAXAL) yayıb.

“Hücum İsrail ərazisinə raket hücumlarına cavab olaraq həyata keçirilib”, - SAXAL-ın məlumatında deyilir.

Xatırladaq ki, ötən gündən başlayaraq İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında ağır toqquşmalar olub, 10 nəfər həyatını itirib. Gərginlik İsrail hərbçilərinin Fələstin administrasiyasının Djenin şəhərində yerləşən düşərgəsində əməliyyat keçirməsindən sonra başlayıb. İsrail tərəfi iddia edir ki, Djenində yerləşən qaçqın düşərgələrində Fələstində fəaliyyət göstərən müxtəlif terror təşkilatlarının üzvləri gizlənir və onlar İsrail ərazisində təxribatlar törətməyə hazırlaşırlar. 

Mənbə: Newsru.co.il

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri