28 
Noy
2022
11:20
118
16
2852
Virtual karabakh

İsveçrədə böyük adron kollayderi dayandırıldı - FOTO

28 Noy, 2022
11:20
2852

İsveçrədə böyük adron kollayderi dayandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) noyabrın 28-də böyük adron kollayderinin (BAK) işini vaxtından iki həftə əvvəl dayandırıb.  

Kollayderin vaxtından əvvəl söndürülməsini CERN-dən Fransanın enerji təchizatçısı EDF şirkəti xahiş edib. Həmçinin cihazın işinin 2023-cü ildə də məhdudlaşdırılacağı qeyd edilir.

Kollayderin fəaliyyətinin dayandırılmasının Avropadakı enerji böhranı ilə bağlı olduğu bildirilir. Bir qayda olaraq, qurğu may ayından dekabr ayına qədər, istiliyin verilmədiyi dövrdə işləyir. İndi isə noyabrın sonunda söndürüləcək. Həmçinin gələn il kompleksin istismarının 20% nisbətində azaldılacağı da bildirilir.

CERN-in Enerji İdarəetmə Komissiyasının rəhbəri Serj Klode daha əvvəl bildirmişdi ki, təşkilat böyük adron kollayderini işlək vəziyyətdə saxlamaq niyyətindədir. Onun sözlərinə görə, CERN-in əsas məqsədi 4,4 milyard dollarlıq maşını sıradan çıxara biləcək qəfil elektrik kəsilmələrinin qarşısını almaqdır.

Mənbə: News.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri