Okt
2022
11:35
20
230
1638
Virtual karabakh

Himalay dağlarında 19 alpinist həlak olub

7 Okt, 2022
11:35
1638

Himalay dağlarında 19 alpinist həlak olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oktyabrın 1-də Hindistanın Himalay dağlarında baş vermiş güclü qar uçqunu nəticəsində itkin düşmüş alpinistlərin axtarışı davam etdirilir. Bu günə qədər 19 alpinistin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib”.

Bu açıqlama ilə Hindistanın Fövqəladə Hallar Agentliyinin sözçüsü Ridhim Aqqarval çıxış edib.

O bildirib ki, xilasetmə işləri gün ərzində davam etdirilir, ləngimələr isə hava şəraitinə görədir.

R.Aqqarval əlavə edib ki, axtarışlar nəticəsində 32 nəfər xilas edilərək dağdan təxliyə edilib.

Qeyd edək ki, qar uçqunu Himalay dağlarında 4 880 metr yüksəklikdə baş verib. Hadisə vaxtı orada 40 nəfərdən ibarət alpinist qrupu olub, onlardan yeddisi dırmanma üzrə təlimatçı olub.

Mənbə: Eadaily

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri