Okt
2022
22:40
576
61
1275
Virtual karabakh

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

6 Okt, 2022
22:40
1275

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ administrasiyası İrana qarşı sanksiyaları genişləndirərək iki nazir də daxil olmaqla daha 7 məmurun adını siyahıya daxil edib.

Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri - Əhməd Vahidi və İsa Zarepurun adları Amerikanın “qara siyahı”sına salınıb.

“Məhdudiyyətlər İran hökuməti və təhlükəsizlik aparatında internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməyə davam edən yeddi məmura şamil edilib. Söhbət Vahidi və Zarepurdan başqa, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığının nümayəndələrindən gedir”, -  məlumatda qeyd olunub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri