Okt
2022
16:23
90
21
2549
Virtual karabakh

Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı açıqlandı - FOTO

6 Okt, 2022
16:23
2549

Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədəbiyyat üzrə Nobel Mükafatının builki laureatı fransız yazıçısı Anni Erno olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.

O, bu mükafata “şəxsi yaddaşın köklərini, yadlaşmasını və kollektiv məhdudiyyətlərini ifşa etdiyi cəsarət və klinik həssaslığa görə” layiq görülüb.

Anni Erno 1940-cı il sentyabrın 1-də Lillbonda anadan olub. Onun ilk romanı 1974-cü ildə nəşr olunub. Yazıları əsasən avtobioqrafikdir. Belə ki, o, yeniyetməlik illərindən, evliliyindən, abortdan, döş xərçəngindən yazıb. Erno 20-dən çox kitabın müəllifidir.

Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. Artıq “Fiziologiya və ya tibb”, FizikaKimya üzrə Nobel Mükafatı laureatlarının adları açıqlanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri