Okt
2022
21:40
546
64
2176
Virtual karabakh

Rumıniya Prezidenti: “NATO-nun səkkiz ölkəsi Ukraynanın alyansa qoşulmasını dəstəkləyib”

2 Okt, 2022
21:40
2176

Rumıniya Prezidenti: “NATO-nun səkkiz ölkəsi Ukraynanın alyansa qoşulmasını dəstəkləyib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniya Prezidenti Klaus İohannis NATO-nun 8 ölkəsinin Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını dəstəklədiyini bildirib.

O, “Twitter”də qeyd edib ki, Mərkəzi və Şərqi Avropadan olan NATO-ya üzv  digər yeddi dövlətin prezidenti ilə birgə Ukraynanın alyansa qoşulmasına dəstək verilməsini xahiş edən birgə bəyanatı imzalayıb.

“Biz NATO-nun 2008-ci ildə Buxarestdə keçirilmiş sammitinin Ukraynanın gələcək üzvlüyünə dair qərarını qətiyyətlə dəstəkləyirik”, - Prezident Administrasiyasının saytında yerləşdirilən sənəddə deyilir.

Bildirilir ki, birgə bəyanatı imzalayan prezidentlər arasında Çexiya, Polşa, Litva, Estoniya, Monteneqro, Şimali Makedoniya və Slovakiya liderləri də var.

Qeyd edək ki, səkkiz dövlətin başçısı Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Bundan əlavə, onlar Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumları tanımadıqlarını bəyan ediblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri