Okt
2022
19:20
21
324
1876
Virtual karabakh

BMT: “Şimal axını” qəzası tarixdə ən böyük metan sızmasına səbəb ola bilər”

1 Okt, 2022
19:20
1876

BMT: “Şimal axını” qəzası tarixdə ən böyük metan sızmasına səbəb ola bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baltik dənizində “Şimal axını” qaz kəməri sistemində baş verən qəzalar tarixdə ən böyük metan sızması ilə nəticələnmiş ola bilər. Bu, iqlim təhlükəsizliyinə zərərdir”.

Bu barədə BMT-nin Ətraf Mühit Proqramı üzrə nümayəndə heyətindən bildirilib.

Beynəlxalq Metan Emissiyaları Rəsədxanasının tədqiqatçıları bu həftə peyk görüntülərinin analizi zamanı yüksək konsentrasiyalı metandan ibarət böyük bir şleyf aşkar ediblər. Bu, karbon qazından daha güclü, lakin daha az “davamlı” olan istixana qazıdır.

“Vəziyyət həqiqətən pisdir, çox güman ki, bu, indiyə qədər aşkar edilmiş ən böyük emissiya miqdarıdır. Emissiyaları azaltmalı olduğumuz bir vaxtda bu problemin yaranması işə ziyan vurur”, - deyə rəsədxananın rəhbəri Manfredi Kaltadjirone bildirib.

Metan emissiyalarını izləmək üçün peyklərdən istifadə edən GHGSat tədqiqatçıları hesablayıblar ki, “Şimal axını” qaz kəmərinin dörd zədə nöqtəsindən birində sızmanın sürəti saatda 22,920 kiloqram təşkil edib. GHGSat-ın bəyanatında deyilir ki, bu, saatda təxminən 630.000 funt kömür yandırmağa bərabərdir.

Mənbə: ZN.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri