Okt
2022
15:40
190
92
1238
Virtual karabakh

Britaniyalı admiral: “Putin kosmosdan Qərbin rabitə sistemlərinə hücum edə bilər”

1 Okt, 2022
15:40
1238

Britaniyalı admiral: “Putin kosmosdan Qərbin rabitə sistemlərinə hücum edə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Prezidenti Vladimir Putin kosmosdan Qərbin rabitə sistemlərinə hücum etmək qabiliyyətinə malikdir”.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin Müdafiə Qərargahının rəhbəri, admiral Toni Radakin bildirib.

Onun sözlərinə görə, Rusiya GPS və rabitə peyklərinə hücum edə bilər. Bu isə Qərbdə xaosun yaranması ilə nəticələnəcək.  

Admiral qeyd edib ki, Rusiya öz məqsədləri üçün hər şeydən istifadə edə bilər - təxribat maşınları və nüvə raketlərindən tutmuş informasiya müharibəsinə qədər.

Putinin Ukraynada bir-birinin ardınca döyüşlərdə məğlub olmasına, Ukrayna Silahlı Qüvvələrinin əraziləri azad etməsinə baxmayaraq, Toni Radak Rusiyanın imkanlarını gözardı etməməyi tövsiyə edib.

“Rusiyanın kosmosda imkanları var. Biz bunun nümunəsini ötən ilin sonunda gördük. O zaman Rusiya kosmosda əmələ gələn nəhəng tullantı obyektini partlatdı. Rusiyanın nüvə potensialı var, həmçinin sualtı qayıq potensialı mövcuddur”, - deyə o qeyd edib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri