29 
Sen
2022
23:12
543
54
1601
Virtual karabakh

Monteneqro Rusiya səfirliyinin, demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb - YENİLƏNİB

29 Sen, 2022
23:12
1601

Monteneqro Rusiya səfirliyinin, demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monteneqro Rusiya Federasiyasının respublikadakı səfirliyinin demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb.

Bu barədə cümə axşamı Rusiyanın Monteneqrodakı diplomatik nümayəndəliyindən məlumat verilib.

“Biz qovulma faktını təsdiq edirik. Demək olar ki, bütün diplomatik heyət ölkədən çıxarılır. Monteneqro hakimiyyətinin Rusiya Federasiyasının Monteneqrodakı səfirliyinə qarşı düşməncəsinə hərəkətləri səbəbindən səfirliyin konsulluq şöbəsinin işi 30 sentyabr 2022-ci ildən qeyri-müəyyən müddətə dayandırılıb”, - səfirlikdən bildirilib.

Mənbə: TASS

22:07

Monteneqro altı rusiyalı diplomatı “persona non-qrata” elan edib.

Bu barədə respublikanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin Monteneqroda akkreditə olunmuş altı diplomatını iki ölkə arasında diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd hərəkətlərə görə persona non-qrata elan edib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ukraynada müharibənin başlamasından bəri rusiyalı diplomatların qərb ölkələridən qovulması adi hal alıb.

Mənbə: life.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri