27 
Sen
2022
23:24
396
38
3444
Virtual karabakh

Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılar

27 Sen, 2022
23:24
3444

Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərindən Belarusa qatarla gedən beş rusiyalı “səfərbərlik haqqında” qanuna görə ölkədən buraxılmayıb.

Bu barədə qadağa qoyulan şəxslərdən biri deyib:

“Qatardan dörd nəfəri çıxardılar, sərhədçilər onların hər birinin adını və yerini bilirdilər”.

Hərbi kafedranı bitirdiyini, lakin orduda xidmət etmədiyini deyən həmin şəxs bildirib ki, əvvəlcə Minskə, oradan da İstanbula gedəcəkmiş.

Amma onu Belarusla sərhəddən əvvəl, Nevel-2 dəmiryolu stansiyasında qatardan düşürüblər.

Rusiyalıların beşinə də səfərbərlik haqqında qanun əsasında səyahətin qadağan olunduğu barədə bildirişlər verilib.

Sənəddə deyilir ki, dəqiqləşdirmə üçün qeydiyyat yerindəki hərbi komissarlığa müraciət etmək lazımdır.

Mənbə: Ukrainskaya Pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri