26 
Sen
2022
15:33
241
28
1848
Virtual karabakh

Nazarbayevin qardaşı oğlu altı il müddətinə azadlıqdan məhrum edildi

26 Sen, 2022
15:33
1848

Nazarbayevin qardaşı oğlu altı il müddətinə azadlıqdan məhrum edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kayrat Satıbaldı altı il müddətinə azadlıqdan məhrum edilib.

O, əmlakı müsadirə olunmaqla altı il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 10 il müddətinə dövlət strukturlarında işləmək hüququ ləğv edilib.

Həmçinin onun milli təhlükəsizlik orqanlarının general-mayoru xüsusi rütbəsindən, dövlət təltiflərindən – “Kurmet” və “Parasat” ordenlərindən məhrum edilməsi təklifi veriləcək.

Kayrat Satıbaldı cinayətin təşkilatçısı və cinayətkar qrupun yaradıcısı kimi digər müttəhimlərdən daha uzun müddət cəza alıb.

Qeyd edək ki, Kayrat Satıbaldı Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur.

Mənbə: Bizmedia.kz

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri