22 
Sen
2022
23:16
169
60
2347
Virtual karabakh

Amerikalı özünü Qana şahzadəsi kimi təqdim etdi: Külli miqdarda pul qazandı

22 Sen, 2022
23:16
2347

Amerikalı özünü Qana şahzadəsi kimi təqdim etdi: Külli miqdarda pul qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Ohayo ştatının sakini Qana şahzadəsi olduğunu iddia edərək insanları aldadıb.

Deril Robert Harrison adlı şəxs bu yolla 14 investorun hərəsindən 800 min dollar əldə edib.

Yerli polisin məlumatına görə, 44 yaşlı Deril özünü şahzadə kimi təqdim edərək Afrika mədən və nəqliyyat şirkətləri üçün investorlar axtardığını bildirib. Amerikalı bu şirkətlərlə birbaşa əlaqələri olduğunu iddia edib və investisiyaların 28-33 faiz gəlir gətirə biləcəyini qeyd edib.

Aldatdığı investorlardan aldığı pulu isə Deril avtomobillər almağa və malikanə kirayə götürməyə xərcləyib.

Harrison dələduzluqda təqsirli bilinib və hazırda həbsdədir, məhkəmənin hökmünü gözləyir. Ona 20 ilə qədər həbs cəzası verilə bilər.

Mənbə: Gazeta.ru  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri