22 
Sen
2022
01:09
28
106
4005
yuxarı
“Whatsapp”da yenilik: Xüsusi avatarlar tətbiq olunacaq
22 Sen, 2022
01:09
4005
28
106
“Whatsapp”da yenilik: Xüsusi avatarlar tətbiq olunacaq
“WhatsApp”ın gələcək versiyasında öz avatarlarınızı stiker kimi göndərmək imkanınız olacaq.
Məlumata görə, messencerin istifadəçiləri fərdiləşdirilmiş avatarlar yarada və onları şəxsi yazışmalarda, yaxud da qrup çatlarında stiker kimi göndərə biləcəklər. Oxşar imkan artıq bir sıra digər sosial şəbəkələrdə təqdim olunur.
Bildirilir ki, yaxın gələcəkdə avatarlar videozənglər zamanı profil şəkli və AR maskası kimi də istifadə oluna bilər.
Yenilik hazırda işlənmə mərhələsindədir. Xüsusi avatarların tətbiqi tarixi dəqiq məlum deyil.
Mənbə: gazeta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək