19 
Sen
2022
11:48
209
11
1170
Virtual karabakh

Düşənbə və Bişkek münaqişə zonasında yolların açılmasına qərar verdilər

19 Sen, 2022
11:48
1170

Düşənbə və Bişkek münaqişə zonasında yolların açılmasına qərar verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tacikistan və Qırğızıstan arasında sərhəddə münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb.

Danışıqlar nəticəsində Tacikistanın Vorux icmasına gedən yolun açılması barədə razılığa gəlinib.

Bu barədə Tacikistanın Soqd vilayəti başçısının mətbuat xidmətindən məlumat verilib.

Müvafiq açıqlama sərhəddə atəşkəs rejiminə riayət olunmasına dair birgə komissiyanın işçi qrupları ilə görüşdən sonra verilib.

“Tacikistan və Qırğızıstan işçi qrupları hərəkət üçün yolların açılması və nəqliyyatın hərəkətinin təmin olunması barədə razılığa gəliblər. Həmin gün Vorux kəndinə gedən yol açılıb”, - deyə məlumatda qeyd edilir.

Həmçinin vurğulanıb ki, görüşdə tərəflər bir daha mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd ediblər. Eyni zamanda sərhəd münaqişələrinin nəticələrinin tezliklə aradan qaldırılmasının zəruriliyini ifadə ediblər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri