20 
Avq
2022
04:08
137
38
2219
Virtual karabakh

“Üzüklərin hökmdarı”nın ulduzu: “Rusiyalılara ork deməyin, bu, bizə təhqirdir” - VİDEO

20 Avq, 2022
04:08
2219

“Üzüklərin hökmdarı”nın ulduzu: “Rusiyalılara ork deməyin, bu, bizə təhqirdir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni zelandiyalı aktyor Sala Beyker “Uanimals” fondunun çəkdiyi videoda rol alıb.  O, videoda ukraynalılara müraciət edib.

“Üzüklərin hökmdarı”nın ulduzu ukraynalılardan xahiş edib ki, rusiyalıları ork adlandırmasınlar. Çünki bu, fantastik canlıları incidir.

“Mən “Üzüklərin hökmdarı” filmində Sauron idim, amma hətta mən belə, ukraynalıların mübarizə apardığı şər qüvvələrdən şoka düşürəm. Dünya orklar diasporu adından vacib bir xahiş etmək istəyirəm. Xahiş edirəm, rusiyalıları ork adlandırmayın. Bu, bizə təhqirdir. Orklar qadınları və uşaqları nişan almaz, paltaryuyan maşınları oğurlamaz, xalçaların üzərinə zibil atmazlar. Biz – döyüşçüyük, hansısa zibil, tullantı deyilik!” - deyə aktyor qeyd edib.

O, həmçinin müharibədən zərər çəkmiş heyvanlara kömək etməyə çağırıb.

“Eşitdim ki, rusiyalılar zooparklara atəş açır və müdafiəsiz heyvanları öldürürlər. Heyvanların onlara nə etdiklərini başa düşmürəm. Xahiş edirəm, rusiyalıları ork adlandırmayın. Uşaqlarımın qarşısında xəcalət çəkirəm”, - deyə Beyker əlavə edib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri