16 
Avq
2022
18:54
249
12
2243
Virtual karabakh

Rusiyada hökumət üzvlərini daşıyan təyyarə təcili eniş edib

16 Avq, 2022
18:54
2243

Rusiyada hökumət üzvlərini daşıyan təyyarə təcili eniş edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hökumətinin nümayəndə heyətini və jurnalistləri daşıyan Tu-214 təyyarəsi Çitaya məcburi eniş edib.

Buna quşun təyyarənin mühərrik hissəsinə girməsi səbəb olub.

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyin məlumatına görə, insident təyyarənin havaya qalxması zamanı baş verib. Bu səbəbdən mühərrik öz-özünə sönüb.

Havaya qalxdıqdan sonra təyyarənin ekipajı mövcud vəziyyətlə tənzimlənən standart əməliyyat prosedurlarına əməl edərək, bir mühərriki işlək vəziyyətdə Çitadakı hava limanına enib.

Hadisə ilə əlaqədar Federal Hava Nəqliyyatı Agentliyinin Şərqi Sibir Regionlararası Ərazi Administrasiyasının komissiyası yoxlama aparır.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri