12 
Avq
2022
14:05
97
17
4280
Virtual karabakh

Pelosinin qalmaqallı Tayvan səfərində incə nöqtə - FOTO

12 Avq, 2022
14:05
4280

Pelosinin qalmaqallı Tayvan səfərində incə nöqtə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Nümayəndələr Palatasının senatoru Nensi Pelosinin Tayvan səfəri ilə bağlı incə məqam barədə məlum olub. Belə ki, siyasətçini qalmaqallı səfərdə müşayiət edən oğlu Pol Pelosi Çinin texnologiya şirkətində pay sahibi imiş.

Bu barədə “NY Post” Qiymətli Kağızlar və Birja Komissiyasının rəsmi hesabatlarına istinadən xəbər yayıb.

Məlumata görə, Pol Pelosi Çinin “Borqs Technologies”in 700 000 səhminə sahibdir və baş direktor Pet Sek Yen Çandan sonra şirkətin ən böyük səhmdarıdır. Biznesmen bazar dəyəri 22 milyon dollar olan firmada idarə heyətinin məsləhətçisi vəzifəsində çalışır.

Xatırladaq ki, Pelosinin avqustun 2-də adaya səfərindən sonra Tayvan ətrafında vəziyyət daha da mürəkkəbləşib. Pekin bu səfəri Vahid Çin Prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab edib. Çin səfərdən əvvəl bildirmişdi ki, Nensi Pelosi Tayvana gedərsə, onun təyyarəsini vuracaq. Bununla bağlı hətta Çinin müvafiq hərbi birləşməsinin saytında “Müharibəyə hazır ol!” şüarı yayılmışdı. Səfər baş tutan gün Çin Hərbi Hava Qüvvələri “Su-35” qırıcılarını Tayvan boğazına göndərsə də, heç bir hadisə baş vermədi. Əvəzində avqustun 4-dən etibarən Tayvan ətrafındakı genişmiqyaslı hərbi təlimlərə başladı.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri