11 
Avq
2022
16:18
488
23
1934
Virtual karabakh

Türkiyədə Krım tatarlarına müddətsiz yaşayış icazəsi verilməyə başlandı

11 Avq, 2022
16:18
1934

Türkiyədə Krım tatarlarına müddətsiz yaşayış icazəsi verilməyə başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ahıska, uyğur, bolqar və yunan türklərinin sahib olduğu “türk soylu” statusuna daxil olan Krım tatarlarına da Türkiyədə uzunmüddətli yaşayış icazələri verilməyə başlanıb.

Türkiyənin Miqrasiya İdarəsi Müdirliyindən alınan məlumata görə, ölkənin daxili işlər naziri Süleyman Soylunun 2022-ci ilin iyun ayında verdiyi açıqlamadan sonra Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verilməsi üçün hərəkətə keçilib.

Qeyri-Türkiyə vətəndaşının uzunmüddətli yaşayış icazəsi ala bilməsi üçün Türkiyədə səkkiz il fasiləsiz yaşaması tələb olunur. Miqrasiya Siyasəti Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən, uzunmüddətli yaşayış icazəsi yuxarıda qeyd olunan vaxt tələbi olmadan bolqar, yunan, ahıska və uyğur türklərinə verilə bilər.

Türkiyəyə gələn Krım türkləri lazımi şərtləri yerinə yetirdikləri və uyğun görüldüyü təqdirdə uzunmüddətli yaşayış icazəsi ala biləcəklər.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri