Avq
2022
16:02
425
27
2079
Virtual karabakh

Ukrayna səfiri: “Ərdoğan Putinə təsir edir”

8 Avq, 2022
16:02
2079

Ukrayna səfiri: “Ərdoğan Putinə təsir edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ilə Rusiya Federasiyası arasında dialoq taxıl məsələsi, vasitəçilik xidmətləri və s. kimi məsələlərin həllinə töhfə verir.

Bu barədə Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar “RBC-Ukraina”ya müsahibəsində danışıb.

“Deyə bilərik ki, Ərdoğan müəyyən mənada Putinə təsir edir və nəyisə məcbur etmək üçün yox, onu müəyyən razılaşmaları yerinə yetirməyə stimullaşdırmaq üçün təsir rıçaqlarına malikdir. Əgər bütün bu vasitəçilik xidmətlərinə nəzər salsanız, görərsiniz ki, Avropa liderlərindən heç biri Ərdoğanın əldə etdiyinə nail olmayıb”, - deyə səfir bildirib.

O qeyd edib ki, Türkiyənin öz maraqları var və Rusiyanın Ukraynaya hücumu ilə bağlı bu maraqlar aradan qalxmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri