7 
İyl
2022
12:06
134
33
706
yuxarı
Almaniya XİN: “Rusiyaya G20 toplantısından öz məqsədləri üçün istifadəyə icazə verilməməlidir”
7 İyl, 2022
12:06
706
134
33
Almaniya XİN: “Rusiyaya G20 toplantısından öz məqsədləri üçün istifadəyə icazə verilməməlidir”
“Rusiyanın İndoneziyada keçirilən G20 xarici işlər nazirlərinin görüşündən öz məqsədləri üçün istifadə etməsinə icazə verilməməlidir”.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüquqa hörmət edilməsini və əməl olunmasını təmin etmək hamının marağındadır. Berbok həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə ortaq cavab verməyə çağırıb.
Almaniya Xarici İşlər Nazirliyinin daha əvvəl bildirdiyinə görə, iyulun 7-də Balidə başlayacaq G20 xarici işlər nazirlərinin iki günlük konfransında Berbok rusiyalı həmkarı Sergey Lavrovla şəxsən görüşməyəcək.
Mənbə: Evropeyskaya pravda
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək