İyl
2022
06:40
57
210
919
Virtual karabakh

Kanada Müdafiə Nazirliyi hərbçilərlə bağlı qaydaları dəyişir: Tatu və pirsinq etməyə icazə veriləcək

7 İyl, 2022
06:40
919

Kanada Müdafiə Nazirliyi hərbçilərlə bağlı qaydaları dəyişir: Tatu və pirsinq etməyə icazə veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Müdafiə Nazirliyi hərbi qulluqçuların xarici görünüşü ilə bağlı nizamnaməyə dəyişiklik edir: 2022-ci ilin sentyabrından onlara istənilən saç düzümü, pirsinq və manikür etməyə icazə veriləcək.

Bu barədə Kanada Hərbi Departamentinin saytında bildirilir.

Qeyd olunur ki, hazırda Kanada hərbçilərinin xarici görünüşünü tənzimləyən təlimatlar “artıq köhnəlib və müasir reallıqlara uyğun gəlmir”. Bütün yeniliklər müəyyən şərtlərlə müşayiət olunur və komandirlər tabeliklərində olanlardan saqqallarını qırxmağı, pirsinqləri çıxartmağı və ya saçlarını yenidən rəngləməyi tələb edə bilərlər.

Bildirilir ki, sentyabr ayından etibarən həm hərbi xidmətə çağırılanlar, həm də veteranlar istənilən uzunluqda saç saxlaya və onu istənilən rəngə boyaya bilərlər. Onlara üzlərini qırxmamağa və istənilən formada saqqal, bakenbard və bığ saxlamağa icazə veriləcək, bu zaman əsas tələb səliqəli görünüşdür. Həmçinin Kanada hərbçiləri üz tatuları edə biləcəklər, lakin irqçilik, cinsiyyətçilik, homofobiya və dini dözümsüzlüyü təbliğ etməməlidirlər. Bundan əlavə, hərbçilərə uzun dırnaqlar, üzüklər, qulaq pirsinqləri, o cümlədən tunel sırğaları taxmağa icazə veriləcək. Həmçinin Kanada hərbçilərinə kürək çantalarını bir çiyinə - sol çiyinə taxmağa icazə veriləcək ki, sağ əllə salam vermək mümkün olsun. Eyni zamanda kişilərə ətək geyinmək icazəsi də veriləcək.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri