İyl
2022
14:00
168
7
1114
Virtual karabakh

Çavuşoğlu: “TBMM-dən keçmədiyi halda ölkə NATO-ya qəbul edilə bilməz”

4 İyl, 2022
14:00
1114

Çavuşoğlu: “TBMM-dən keçmədiyi halda ölkə NATO-ya qəbul edilə bilməz”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiya ilə imzalanan üçtərəfli memorandumla bağlı danışıb.

“Finlandiya və İsveç NATO üzvlüyü ilə bağlı Türkiyənin milli təhlükəsizliklə əlaqədar narahatlıqlarına hörmət etməlidirlər. Onlar da baş nazirlər və prezidentlər də daxil olmaqla, terror təşkilatlarına heç bir dəstək verməyəcəklərini etiraf ediblər”, - deyə o, NTV kanalına açıqlamasında bildirib.

Çavuşoğlu vurğulayıb ki, sənədə əməl etmədikləri halda İsveç və Finlandiyanı NATO-ya daxil etməyəcəklər:

“TBMM-dən keçmədiyi halda bu iki ölkə NATO-ya qəbul edilə bilməz. Anlaşma memorandumu üç ölkənin öhdəliyidir. Onlara verdiyimiz dəlillərlə PYD/YPG/PKK-nın bağlı olduğunu sənədləşdirdik. ABŞ və Fransanın bu məsələdə riyakarlığı var. Onlar da bir az ABŞ-a arxalanırdılar. Amma sonda onlar masa arxasında oturmalı oldular”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri