İyl
2022
22:12
278
38
2127
Virtual karabakh

Fransa Aİ-dən çıxa bilər - İDDİA

3 İyl, 2022
22:12
2127

Fransa Aİ-dən çıxa bilər - İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın “Daily Express” qəzeti yazır ki, Fransa tezliklə Aİ-yə üzvlüklə bağlı referendum təşkil edə bilər.

Məlumata görə, Fransanın hazırkı prezidentinin koalisiyası ötən ay keçirilən parlament seçkilərində 44 yer itirib. Onun siyasi rəqibi Marin Le Pen isə aşağı palatada ən böyük nümayəndəliyə sahib olub.

Eyni zamanda, Jan-Lük Melenşonun rəhbərlik etdiyi sol bloku hazırda ən böyük müxalif qüvvəni təşkil edir.

İndi Makron hakim koalisiya yaratmalı və ya hər qanun layihəsi ilə bağlı opponentlərlə danışıqlar aparmalı olan azlıq hökumətinə rəhbərlik etməlidir.

“Frexit” tərəfdarı Erik Nuarezin fikrincə, Fransa lideri indi o qədər zəifləyib ki, artıq ölkəni idarə edə bilməyəcək və tezliklə Fransanın Aİ-yə üzvlüyü məsələsinin mərkəzi yer tutacağı ictimai müzakirələr başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri