İyl
2022
15:10
215
25
2647
Virtual karabakh

Latviya XİN rəhbəri Zaxarovanı Ukrayna borşu vasitəsi ilə trolladı - FOTO

2 İyl, 2022
15:10
2647

Latviya XİN rəhbəri Zaxarovanı Ukrayna borşu vasitəsi ilə trolladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukrayna borşunun UNESCO-nun qeyri-maddi irs siyahısına salınması ilə bağlı tənqidinə cavab olaraq Putinin istehzalı ifadəsini sitat gətirib.

“Twitter” hesabında “Bəyənsən də, bəyənməsən də səbir et, gözəlim”, - yazan xarici siyasət qurumunun rəhbəri paylaşımına Zaxarovanın tənqidi ilə bağlı məqalənin linkini əlavə edib.

Xatırladaq ki, fevralın 7-də, Ukraynaya genişmiqyaslı əməliyyatdan əvvəl Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskiyə Donbasdakı münaqişənin nizamlanmasına dair Minsk razılaşmalarının icrası ilə bağlı istehzalı müraciət etmişdi.

“Kiyevdə gah deyirlər ki, (Minsk razılaşmalarını - red.) yerinə yetirəcəklər, gah da deyirlər ki, bu, onların ölkəsini məhv edəcək. Prezidentləri (Ukraynanın. - Red.) isə bu yaxınlarda bəyan etdi ki, bu Minsk razılaşmalarından heç bir bənd onun xoşuna gəlmir. Bəyənsən də, bəyənməsən də, səbir et, gözəlim. Yerinə yetirilməlidir, başqa yolu yoxdur”, - deyə o bildirmişdi.

Yeri gəlmişkən, onu da xatırladaq ki, iyulun 1-də Ukrayna borşunun hazırlanması mədəniyyəti UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Zaxarova bu addımı tənqid edərək, bunun arxasında yenə “Rusiya ilə bağlı hər şeyə nifrət edən millətçilərin” olduğunu bəyan edib.

Mənbə: eurointegration.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri