İyl
2022
12:09
30
168
1458
Virtual karabakh

Avropada koronavirusa yoluxma sürətlə artır

1 İyl, 2022
12:09
1458

Avropada koronavirusa yoluxma sürətlə artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada COVID-19-a yeni yoluxma hallarının sayı sürətlə artır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunun direktoru Hans Kluge bildirib:

“Biz həqiqətən “partlayış”ı görürük. Ümumiyyətlə, Avropada yoluxmaların sayının bir milyonu keçməsi cəmi bir neçə gün çəkir”.

Onun sözlərinə görə, Avropada koronavirusdan ölüm nisbəti getdikcə artacaq:

“Çətin dövrlər yaxınlaşır, biz bu məsələdə səmimi olmalıyıq”.

Eyni zamanda, Kluge yoluxma hallarının sayının artmasına baxmayaraq, məktəblərin yayılmanın əsas mühərriki olduğunu iddia etmək üçün heç bir əsas olmadığına görə, onların açıq qalmasının vacibliyini qeyd edib.

O, həmçinin insanların maskaların kütləvi istifadəsinə qayıtmalı olduqlarını da vurğulayıb.

Mənbə: AFP

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri