30 
İyn
2022
22:40
190
15
2329
Virtual karabakh

İspaniyada danışılmış futbol oyunları ilə pul qazanan mütəşəkkil dəstə saxlanıldı - FOTO

30 İyn, 2022
22:40
2329

İspaniyada danışılmış futbol oyunları ilə pul qazanan mütəşəkkil dəstə saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya Milli Polisi əsasən ölkənin aşağı futbol liqalarından birində, eləcə də Cəbəllütariq çempionatında danışılmış oyunlarla məşğul olan mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

Bu barədə “Interpol”un rəsmi saytında məlumat yerləşdirilib.

Cinayətkar şəbəkə 500 min avrodan çox gəlir götürüb. Səlahiyyətlilər 21 nəfəri həbs ediblər, daha altı nəfər isə mütəşəkkil cinayətkarlıq, korrupsiya və qumar fırıldaqçılıqları ilə bağlı nəzarətdədir.

Qrup rəhbərlərinin peşəkar futboldan olan şəxslərlə əlaqələri olub, cinayət əməlləri ilə məşğul olan oyunçular matçların nəticəsinə təsir göstərmək üçün məxfi məlumatlar veriblər, qrupun digər üzvləri mərc oyunları ilə məşğul olublar.

Cinayət şəbəkəsinin üzvləri şifrələnmiş mesajlardan istifadə edib, həm onlayn, həm də bukmeker kontorlarının özlərinə mərclər qoyub, polis tərəfindən aşkarlanmamaq üçün hissə-hissə mərclər ediblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri