30 
İyn
2022
22:51
383
25
2060
Virtual karabakh

Britaniyalı milyarder Ukraynaya yeni “Mriya” təyyarəsinin inşasında kömək edəcək - FOTO

30 İyn, 2022
22:51
2060

Britaniyalı milyarder Ukraynaya yeni “Mriya” təyyarəsinin inşasında kömək edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı milyarder, “Virgin Galactic” şirkətinin yaradıcısı Riçard Brenson Ukraynaya yeni “An-225” “Mriya” nəqliyyat təyyarəsinin inşasına kömək etmək niyyətindədir.

Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının başçısı, Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya “Telegram” hesabında bildirib.

Onun sözlərinə görə, sahibkarın Qostomelə səfəri zamanı kosmik sektorda əməkdaşlığın digər məsələləri də müzakirə olunub.

“Brenson bacardığı qədər kömək etməyə hazır olduğunu bildirdi”, - deyə ukraynalı politoloq qeyd edib.

Araxamiya yeni təyyarənin layihəsi üzərində işlərə artıq başlanıldığını vurğulayıb.

Xatırladaq ki, fevralın 27-də Ukraynanın “An-225” “Mriya” nəqliyyat təyyarəsi Kiyev vilayətindəki Qostomel aerodromunda məhv edilib. “Ukroboronprom” konserni təyyarənin yenidən inşası üçün təxminən üç milyard dollar və beş ildən çox vaxt tələb olunacağını deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri