27 
May
2022
17:12
17
174
901
Virtual karabakh

“Haber Global” komandası Odessada: 22 türk gəmisi limanda çıxılmaz vəziyyətdədir - VİDEO

27 May, 2022
17:12
901

“Haber Global” komandası Odessada: 22 türk gəmisi limanda çıxılmaz vəziyyətdədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qara dəniz sahilindəki liman şəhəri Odessa da Ukraynanı işğal edən Rusiyanın hədəfindədir. Çoxlu ticarət gəmiləri burada çıxılmaz vəziyyətdə qalıb. 100 ticarət gəmisi, eyni zamanda 22 Türkiyə bayraqlı gəmi də limanda lövbər salaraq gözləyir.

“Haber Global”ın müxbiri Murat Karataş və operator Buğra Benlioğlu Odessadakı son vəziyyətlə bağlı reportaj hazırlayıb.

Bildirildiyinə görə, vəziyyətlə bağlı hər hansı dəyişikliyin olmadığı, gəmilərin limandan necə çıxarılacağı hələ də sual altındadır. Bunun üçün humanitar dəhlizin yaradılmasının və gəmilərin limandan çıxacağı zamanda minalanmış ərazilərin zərərsizləşdirilməsinin labüdlüyü vurğulanır, lakin bu istiqamətdə hələ ki heç bir addım atılmayıb. Ukrayna və Rusiyanın bununla bağlı nə qərar verəcəyi gəmidə qalan dənizçilər və onların ailələri tərəfindən də səbirsizliklə gözlənilir.  

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri