27 
May
2022
16:24
10
122
1557
yuxarı
İstanbulda qətl: Öldürülən üç nəfərdən biri Əkrəm İmamoğlunun işçisi idi
27 May, 2022
16:24
1557
10
122
İstanbulda qətl: Öldürülən üç nəfərdən biri Əkrəm İmamoğlunun işçisi idi
Türkiyənin İstanbul şəhərində bir evdən üç meyit tapılıb.
Səhər saatlarında dördmərtəbəli binanın üçüncü mərtəbəsindən gələn silah səslərindən sonra qonşular polis çağırıblar.
Hüquq-mühafizə əməkdaşları 27 yaşlı qızın, 34 və 29 yaşlı iki kişinin meyitləri ilə qarşılaşıblar.
Məlum olub ki, 34 yaşlı Yavuz Səlim Bektaş əvvəl keçmiş sevgilisi Beril Varolu, sonra onunla birlikdə yaşadığı iddia edilən 29 yaşlı Ömər Akını silahla öldürüb və intihar edib.
Faktla bağlı araşdırma başlanıb.
Müəyyən edilib ki, qətlə yetirilən Beril Varol İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) əməkdaşı olub. İBB sədri Əkrəm İmamoğlu hadisə ilə bağlı “Twitter” səhifəsində paylaşım edərək böyük kədər və qəzəb hissi keçirdiyini yazıb.
Mənbə: İHA
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
2 
May
2024
23:01
Makron: “Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib”
44
102
691
2 
May
2024
22:34
“Oralarda necədir?”: Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO
12
76
2363