27 
May
2022
14:18
14
232
913
Virtual karabakh

Mariupolda köhnə zavodun ərazisində 70 ukraynalının meyiti tapılıb

27 May, 2022
14:18
913

Mariupolda köhnə zavodun ərazisində 70 ukraynalının meyiti tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rus işğalçıları tərəfindən dağıdılmış Mariupolda daha bir məzarlıq aşkar edilib.

Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.

Onun sözlərinə görə, hazırda işğalçıların fövqəladə hallar işçiləri keçmiş Oktyabr zavodunun ərazisində Kuinci küçəsindəki dağıntıları yığışdırır. Məhz orada 70-ə yaxın ukraynalının meyiti tapılıb.

“Səbəb eynidir - işğalçıların atəşə tutmasından sonra insanlar binanın dağıntıları altında qalıblar. Ölənlərin meyitləri polietilen torbalara yığılaraq basdırılmaq üçün Starıy Krım kəndindəki kütləvi məzarlığa aparılıb. Meyitlərin identifikasiyası aparılmayıb və ölənlərin kimlikləri müəyyən edilməyib. Yerli sakinlər isə meyitlərin vəziyyətini nəzərə alaraq identifikasiyanın çox çətin olduğunu bildiriblər”, – Andryuşenko deyib.

Mənbə: Unian.net

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri