25 
May
2022
01:36
14
155
1748
Virtual karabakh

Meymunçiçəyi şübhəsi daha bir ölkədə

25 May, 2022
01:36
1748

Meymunçiçəyi şübhəsi daha bir ölkədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərakeşdə meymunçiçəyi virusu şübhəsi ilə üç nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə ölkənin səhiyyə nazirliyinin milli fövqəladə hallar mərkəzinin koordinatoru Muaz əl-Murabit açıqlama verib.

Onun sözlərinə görə, həmin şəxslərin sağlamlıq vəziyyəti yaxşıdır və həkim nəzarətindədirlər. Onlara lazımi müayinələr edilib, hələlik cavabları çıxmayıb.

Murabit onu da vurğulayıb ki, ölkəsində hələ ki meymunçiçəyi virusuna yoluxma faktı təsdiqlənməyib.

Virusun Konqo ştammı 10 faizə qədər, Qərbi Afrika ştammında isə ölüm riskinə malikdir.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilir.

Qeyd edək ki, indiyə qədər 16 ölkədə meymunçiçəyinə yoluxmaya rast gəlinib.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri