20 
May
2022
10:12
12
293
4581
Virtual karabakh

Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO

20 May, 2022
10:12
4581

Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“The New York Times” rusiyalı hərbçilərin martın 4-də Buçada ən azı səkkiz ukraynalını edam etməsi barədə kadrlar təqdim edib.

Martın 4-də müşahidə kameraları tərəfindən lentə alınan ilk videoda rusiyalı hərbçilərin ukraynalı əsirləri (onların arasında xarakterik mavi köynəkdə olan bir adam da var) necə apardıqları göstərilir. Əsirlər daha sonra müvəqqəti bazaya çevrilən yaxınlıqdakı ofis binasının arxasına aparılır.

Şahidlərin göndərdiyi ikinci videoda binanın arxasında baş verənlər əks olunub: atəş səsləri eşidilib, bundan sonra məhbuslar aparıldıqları yerdən qayıtmayıblar.

Martın 5-də drondan çəkilmiş üçüncü videoda ofis binasının yaxınlığında yerdə uzanmış cəsədlər və onların yanında mühafizədə olan iki rusiyalı əsgər görünür. Cəsədlər arasında ilk videodakı mavi köynəkli adam diqqət çəkir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri